İngiltərədə 52 il əvvəl itkin düşən qadın tapılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polis Britaniyanın ən uzun müddətdir itkin düşmüş şəxslərlə bağlı açılan cinayət işlərindən birini yekunlaşdırdığını elan edib.
1972-ci ildə 16 yaşlı Şeyla Foks Qərbi Midlenddə Koventridən yoxa çıxıb. Polisin hesabatında qızın valideynləri ilə yaşadığı və gənc oğlanla münasibətdə ola biləcəyi göstərilib.
Bir neçə gün əvvəl polis yenidən 16 yaşlı qızın "Axtarılır" etiketi ilə fotoşəkilini dərc edib və bu dəfə axtarış uğurlu olub - West Midlands polisinə zəng gəlib və 68 yaşlı Şeylanın harada olduğu bildirilib.