Rusiyanın Çuvaşiya vilayətində "Şaxta baba" mağaza sahibini qətlə yetirib. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki,  hadisə yanvarın 2-də qeydə alınıb. 

"Biznesmen Valeri Vasilyev Çuvaşiyanın Kanaş şəhərində mağaza sahibini öldürməkdə şübhəli bilinir. Onun 71 yaşı var, əvvəllər ticarət mərkəzinin sahibi olub və bir çox yerli sahibkarlarla işləyib", - KİV yazıb. 

"Şaxta baba" geyimində olan Valeri ov tüfəngi ilə mağaza sahibini güllələyib. Ertəsi gün o, Rusiya Qvardiyası tərəfindən saxlanılaraq polisə təhvil verilib. Qətlin səbəbi ilkin olaraq pul borcu olub.