Azərbaycanda terrorçuluğa dair və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham olunan Həmzə Məmmədlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
O, Həmzə Məmmədlinin 8 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
Sonra hakim hökmü elan edib. Hokmə əsasən Həmzə Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, hələ 2018-ci il iyulun 18-də Həmzə Məmmədli barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırış) və 281.2-ci (Dövlətə əleyhinə yönələn açıq çağırış) maddələri ilə cinayət işi açılıb. O, qiyabi həbs olunub və axtarışa verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Həmzə Məmmədlinin barəsində cinayət işi başlanıb.