Zaqatala Xəstəxanasında daha bir azyaşlı uşaq ölümü baş verib.

"Unikal" xəbər verir ki, bu gün rayonun Danaçı kənd sakini 2022-ci il təvəllüdlü Katmayev Maxac İsmayıl oğlu qızdırma, virus infeksiyası əlamətlərilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin apardıgı müdaxilələrə baxmayaraq, axşam saatlarında dünyasını dəyişib.

Seymur Əli