Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo hazırda oynadığı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının rəhbərliyi qarşısında şərt qoyub.
"Unikal" xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.
Ronaldo klub rəhbərliyinə "Real Madrid"dəki keçmiş tərəfdaşının ona qoşulacağı təqdirdə komandada qalacağını bildirib: "Ronaldo çempion olmaq istəyir və bunun üçün komandanı portuqalların dostları gücləndirməlidir. Portuqaliyalının çempion komanda yaratmaq üçün yerinə yetirilməsini istədiyi istəklər arasında "Real Madrid"də beş mövsüm bərabər oynadığı Casemiro ilə yenidən görüşmək də var".
Portuqaliyalı "Yuventus"a keçməzdən əvvəl Casemiro ilə 2013-2018-ci illərdə "Real Madrid"də birlikdə oynayıb. Casemiro bundan dörd il sonra Madriddən ayrıldı və hazırda "Mançester Yunayted"də oynayır.
Ağarza Elçinoğlu