Xəbər verdiyimiz kimi, yanvarın 7-də metronun “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.
"Unikal"ın məlumatına görə, intihar edən Saməddin Aslanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.
O, ümumi fiziki hazırlıq ixtisası üzrə təhsil alırdı.
Qeyd edək ki, S.Aslanov Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır.
Seymur Əli