Avropa İttifaqında Ermənistan heç kimə lazım deyil, onu orada yalnız ölüm gözləyəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev yerli mətbuata açıqlamasında deyib.
Onun fikrincə, respublika hökuməti "Fransa və ABŞ-dən olan qərb kuratorları" tərəfindən "Avropa gələcəyinə" şirnikləndirilir.
"Ermənistan addım-addım Ukraynanın uçuruma aparan yolunu təkrarlayır, bunun ardınca nə Aİ, nə də NATO ilə heç bir əlaqəsi olmayan qonşuları ilə "dostluq" yaradır. Hətta coğrafi baxımdan ölkənin nə Avropaya, nə də Şimali Atlantikaya heç bir aidiyyatı yoxdur. Aydındır ki, Ermənistan hökumətini bu cür addımlar atmağa onun Qərb kuratorları Fransa və ABŞ-dən sövq edir, lakin səciyyəvidir ki, Aİ və NATO hələ ki, Ermənistanın oraya qoşulma ehtimalına eyham vurmayıblar. Orada İrəvan heç kimə lazım deyil", - Juravlev bildirib.
Xatırladaq ki, yanvarın 9-da Ermənistanın Nazirlər Kabineti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib.
Gülayə Mecid