Aktauda dekabrın 25-də baş verən təyyarə qəzasında xəsarət alan bütün Qırğızıstan vətəndaşları xəstəxanadan buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

Məlumata görə, sonuncu zərərçəkən yanvarın 13-də xəstəxanadan evə buraxılıb. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər. Daha iki Qırğızıstan vətəndaşı yanvarın 8-də xəstəxanadan çıxıb. Onlar dekabrın 30-da Qırğızıstana yola salınıb. 

Xatırladaq ki, dekabrın 25-də Aktauda AZAL aviaşirkətinə məxsus təyyarə qəzasında sağ qalan 29 nəfər arasında 3 Qırğızıstan vətəndaşı da olub. Ölənlərin əksəriyyəti Rusiya və Azərbaycan vətəndaşları olub. Qəza nəticəsində ümumilikdə 38 nəfər həlak olub.

Ağarza Elçinoğlu