Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada daha bir terrorçunu saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə MİT məlumat yayıb. 

Bildirilir ki, kəşfiyyat araşdırmaları nəticəsində yeri müəyyən edilən Muhammed Dib Koralı MİT-in Suriyada təşkil etdiyi sərhəd əməliyyatı zamanı yaxalanaraq Hatay İl Polis İdarəsinə təhvil verilib.

Qeyd edək ki, 2013-cü il mayın 11-də Hatayın Reyhanlı rayonunda törədilən iki ayrı bombalı terror aktında 53 nəfər həyatını itirib, çoxlu sayda mülki şəxs yaralanıb. Terroru törədənlərdən biri də Muhammed Dib Koraldır. 

Gülayə Mecid