Yaponiyada Kyuşu adası yaxınlığında güclü zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, yeraltı təkanlar Osaka şəhəri də daxil olmaqla geniş ərazidə hiss olunub. Zəlzələnin episentri suyun 30 km dərinliyində yerləşib.
Gücü beşə qədər olan təkanlar bütün Kyuşu adasında, Şikoku və Honsyu adalarında isə Xirosimadan Osakaya qədər üç bal gücündə titrəyişlər qeydə alınıb.