Gəncədə minik avtomobilin vuruduğu piyada xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə ağır xəsarət alan piyada 1980-ci il təvəllüdlü R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb

***20:42

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Orta yaşlı kişi yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov