Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Moskvaya yola düşəcək.
"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya dəvət edildiyini açıqlamışdı.