Xəbər verdiyimiz kimi, ötən gün gənclər və idman nazirinin müavini Mariana Vasileva tutduğu vəzifədən azad olunub.
"Unikal" işdən çıxarılmasının səbəbini öyrənmək üçün Mariana Vasileva ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında işdən çıxarılması ilə bağlı danışmaq istəmədiyini bildirib:
"Diqqətiniz üçün çox sağ olun, amma bu barədə danışmaq istəmirəm", - deyə M.Vasileva qeyd edib.
Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunmuşdu.
Murad İbrahimli