Yenidən dövlət başçısı vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Tramp inauqurasiyadan sonra Ağ Evdə bəzi dəyişiliklərə start verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp xarici liderlərlə görüşlərin keçirildiyi və xalqa müraciətlərin yazıldığı əsas yer olan Oval kabinetin interyerinin təmiri barədə göstəriş verib. Oval Ofis bir neçə saat ərzində dəyişdirilib.
Keçmiş prezident Co Baydenin bəyəndiyi mavi xalça neytral bej rəngli xalça ilə əvəz edilib. Daha əvvəl Bayden tərəfindən götürülən İngiltərə Baş naziri Uinston Çörçillin büstü kabinetə qaytarılıb.
"İndi şkafın üzərində gümüş qartal heykəlcikləri var. Amerika Birləşmiş Ştatlarının ilk prezidenti Corc Vaşinqtonun portreti kamin üzərində mərkəzi səhnə alıb, lakin Tramp prezident Franklin Ruzveltin portreti kimi Robert Kennedinin büstünün götürülməsini əmr edib", - KİV yazıb.
Ofisdə yeni prezidentin ailə fotoşəkilləri də yer alıb.
Gülayə Mecid