Lənkəran şəhəri ərazisində yerləşən və hazırda istifadəsiz olan keçmiş mebel fabrikinin həyətində silah-sursat tapılıb.
"Unikal" xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış zamanı oradan 2 ədəd "AKM-74" markalı avtomat, patron darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində Lənkəran ərazisində müvafiq sənədləri olmayan qanunsuz saxlanılan 24 ədəd ov tüfəngi aşkarlanıb.