Almaniya milli komandasının baş məşqçisi Yulian Naqelsman ilə müqavilənin müddəti uzadılıb.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb. Yeni sözləşməyə əsasən, 37 yaşlı mütəxəssis 2028-ci ilədək Bundestimə rəhbərlik edəcək.

Əvvəlki müqavilə 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna qədər qüvvədə idi.

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabr ayından Almaniya seçməsini çalışdırır. Yığma onun rəhbərliyi altında 18 oyun keçirib. Bu matçlarda 10 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb.