Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, yüksək temperaturdan hamam və sanitar qovşağının plastikdən ibarət qapısı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.