Şahzadə Diananın uşaqlığını keçirdiyi Altorp malikanəsi onun qardaşı oğlu aktyor Louis Spenserə miras qalacaq.

"Unikal" xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb. 

13,000 akrdan çox ərazidə yerləşən malikanə beş əsrdən çoxdur ki, Spenser ailəsinin ata-baba evi olub. Bu səbəbdən mülk şahzadə Diananın qardaşı Erl Spenserin oğluna keçəcək. Louis Spencerin üç böyük bacısı olmasına baxmayaraq, o, əmlakın yeni sahibi olacaq, çünki qaydalara görə, əmlak ilk övladına deyil, böyük oğluna verilir.