Serbiyada etirazçılar Belqradda ən böyük nəqliyyat kəsişməsini bağlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Serbiya KİV-ləri yazıb. 

Bildirilir ki, etirazçılar bir neçə magistral yolda nəqliyyatın hərəkətini kəsib. Polis avtomobillərin keçdiyi küçələri bağlayıb və müdaxilə etmir.

Etiraz aksiyası ötən ilin noyabr ayında Novi Sad qatar stansiyasının çökməsi nəticəsində həlak olan 15 nəfərə görə keçirilir. 

İştirakçılar stansiyanın yenidən qurulması ilə bağlı sənədlərin tam dərc olunmasını, bu işdə iştirak edən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını, əvvəllər aksiyada saxlanılanların hamısının qanuni təqibdən azad edilməsini tələb edirlər.