Lənkəranda baş verən qəzada 21 nəfərin xəsarət aldığı bildirilir.

"Unikal"ın məlumatına görə, yaralıların artacağı istisna olunmur.

Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. 

Qeyd edək ki, avtobus Lənkəran - Separadi marşrutu üzrə hərəkət edib.  Xəsarət alanların əksəriyyətinin Separadi kənd sakinləri olduğu deyilir.

***

Lənkəranda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib.

"Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. 

Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

*** 14:00

Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb. 

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Xəlil Əliyev