Salyanda yol qəzası zamanı ölənlərin kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) Biləsuvar rayon sakini, 1967ci il təvəllüdlü Qurbanov Mübaşir Əli oğlu və oranın digər əməkdaşı Şorsulu kənd sakini, 1962-ci il təvəllüdlü Əhmədov Mustafa Allahyar oğlu hadisə yerində ölüb.
Yaralılar Quliyev Cəlal Ceyhun oğlu və Zeynalov Samid Eldəniz oğlu isə Salyan xəstəxanasına yerləşdirilib.
XXX
18:56
Salyanda yol qəzası baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb. “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.