Mingəçevirdə nəvəsi qəzaya düşdüyü üçün sirkə turşusu içərək intihara cəhd edən nənə dünyasını dıyişib.
"Unikal" xəbər verir ki, yerli xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra paytaxta aparılan qadın yolda keçinib.
Onun meyiti yaşadığı Mingəçevir şəhərinə qaytarılıb.
20:29
Mingəçevirdə nəvəsinin yol-nəqliyyat hadisəsində xəsarət aldığını öyrənən nənə intihara cəhd edib.
"Unikal"ın məlumatına görə, bir neçə gün əvvəl Mingəçevirdə yerləşən Kəlbəcər rayon məktəbinin 8-ci sinif şagirdi - 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu maşın vurub. Xəbəri eşidən 1961-ci il təvəllüdlü nənə Lalaxanım Rzayeva nəvəsinin qəzadan sonrakı ağır durumuna dözməyərək sirkə turşusu içib.
O, ağır vəziyyədə xəstəxanaya yerləşdirilib.
Ehtiram Muradov