Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Ağköynək kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində bir otağın və dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.