Salyan rayonunda baş verən yol qəzasında ölən şəxslərdən birinin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, o, Salyan Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Məmmədov Aqil Amil oğludur.
İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. isə qəzadan sonra kollektora düşən avtomobilin içində suda boğularaq ölüblər.
Daha bir uşaq avtomobildən sağ çıxarılıb.
Xəlil Əliyev