Xaçmazda 56 yaşlı kişi yanaraq ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Əziz Vəlixanov uzanarkən çəkdiyi siqaretin kötüyünün yerə düşməsi yanğına səbəb olub.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırılma aparılır.