Müxaliflər bir-birini təhqir etməkdədir
21:52 26-07-2013
İQTİSADİYYAT
Müxaliflər bir-birini təhqir etməkdədir
Rəsul Quliyev Arif Hacılını tərbiyəsiz uşaq adlandırdı
Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının eks-spiker Rəsul Quliyevi vaxtilə ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adamı kimi xarakterizə etməsinə, "Rəsul Quliyev Heydər Əliyevi Mütəllibova, Mütəllibovu Elçibəyə, Elçibəyi yenidən Heydər Əliyevə, Heydər Əliyevi İsa Qəmbərə, İsa Qəmbəri Allah bilir kimə satmış bir buqələmundur" deməsinə qarşı tərəfdən sərt cavab verilib.ACP lideri Rəsul Quliyev Arif Hacılının onun ünvanına Facebook səhifəsində səsləndirdiyi ittihamları cavablandırıb."İlk növbədə cənabın özünü tərbiyəsiz aparması təəccüb doğurur.
Çünki gərək ən azı 20 il bundan öncə publika qarşısında belə danışmağa xitam verərdi. Görünür tərbiyə fundamenti ya çox zəifdir, ya da ümumiyyətlə qoyulmayıb" deyən R.Quliyev Arif Hacılını özünün həbsxana həyatında vaxtdan istifadə edib biliyini artırmaq əvəzinə dustaq jarqonlarını mənimsəməkdə qınayıb."Hər halda bəzilərinin, hətta ailə podryadı ilə mənə hucum etmələrinə aydınlıq gətirmək pis olmaz. Çünki mən tərəfdən qeyri-adi və gözlənilməz heç bir addım atılmayıb. Mən Musavatın liderinin heç vaxt Azərbaycanın prezidenti ola bilməyəcəyi barədə səbəbləri izah etməklə dəfələrlə izahat vermişəm, əks tərəf də buna reaksiya verib. Hər dəfədə mənim məntiqli izahıma, kobud və çobansayağı cavablar verilib. İndi hansı səbəbdən mənim söylədiklərim belə yüksək həyəcan doğurub ki, kənd müxbiri əsəblərini cilovlaya bilməyib?".R.Quliyevin fikrincə, bu gün Milli Şura sədri Rüstəm İbrahimbəyov qələbə çalmağa şansı olan yeganə şəxsdir. "Hökümət onu seçkilərə buraxmamaqa çalışacaq. Ancaq seçkilərin legitim olması hakimiyyət üçün hava və su kimi lazımdır. Bunun üçün bu gün müxalifət hesab edilən kiminsə seçkilərdə iştirakına nail olunsa, onda asanlıqla Rüstəm İbrahimbəyovu seçkilərə buraxmyacaq. Hökümət bu rol üçün İsa Qəmbəri seçib. Ardınca qeyd edirəm, onun bu seçkilərdə iştirak edib maksimum 2-3 faiz toplamasının Azərbaycana bir xeyri olarmı, xeyr. Və belə bir addımın atılması Azərbaycan xalqının gələcəyinin, bu gününün əleyhinədir. Buna bənzər fikirlər tək mən tərəfdən yox, bir çoxları tərəfindən səsləndirilib". Rəsul Quliyev Arif Hacılıya xitabən deyib:"Bu adam Molla Nəsrəddin kimi eyni daşı uşaq vaxtı qaldıra bilmədiyi kimi, indi də qaldıra bilmir, yəni dəyişməyib bütün elementləri ilə gənc qalıb.Birinci qeyd edim ki, bu şəxslə mən bir neçə dəfə Bakıda Nazirlər Kabinetində işləyəndə və ABŞ-da kimlərinsə iştirakı ilə görüşmüşəm. Heç vaxt ona ciddi bir adam kimi baxmamışam, o da özünü pioner kimi aparıb. Yadımdadır, ABŞ-da məni qırağa çəkib kiminsə əleyhinə - adını çəkmək istəmirəm- nəsə demək istəyirdi, imkan vermədim.
İsa Qəmbəri tənqid etməyimə baxmayaraq, hər halda onları heç vaxt eyni səviyyəli insanlar hesab etməmişəm".R.Quliyevin sözlərinə görə, Arif Hacılı və onunla əlbir olanlar vaxtilə onu həbs etmək istəyiblər:"Kiçik bir Yun zavodunun direktorunu həbs edə bilməyənlər məni həbs edəcəkdilər, gülməli deyilmi?" Həmin o illərdə bu adamdan dəfələrlə yuxarı səviyyəli azı 10 min adam məni müdafiə edirdi. Xalqın mənə münasibəti o vaxtlar, elə indi də həmişə pozitiv olub, mafioz və sair nağılları müxbir tipli adamlar uydurub. Mənim adımın qarşısında həmişə xeyirxah və çörək verən sözləri olub".
R.Quliyev deyib ki, 2003-cü il məğlubiyyətini onunla bağlamaq istəyənlər yanılırlar:
"10 ildir "2003-cü ildə seçkiləri udduq" deyib fəryad edirsiniz. Bu primitiv düşüncələrdən azad olmaq lazımdır. 2003-də Gürcüstanda müxalifət seçkiləri uddu. Çünki MSK müxalifətin uduzduğunu elan etməyinə baxmayaraq küçələrə çıxdılar, protokollar yenidən yoxlanıldı və saxtalaşdırma üzə çıxdı. 2004-də Yuşşenko seçkiləri uddu. Yenə MSK Yanukoviçin udduğunu elan etdi, hətta onu başqa ölkələrin başçıları təbrik etdilər, ancaq camaat küçələrə çıxdı, seçki protokolları yoxlanıldı, saxtakarlıq üzə çıxdı. Azərbaycanda bu hadisələr baş vermədi. Ona görə bir neçə dəfə "biz udduq" dediniz kifayətdir, çünki bunu təsdiqləyən materiallar yoxdur, fərziyədir.
2005-ci il sizin üçün ən uğurlu ildir, deputat yerləri alıb oturdunuz parlamentdə. 2008-ci ildə müxalifət ölü vəziyyətində idi, mən heç orada nə vaxt prezident seçkiləri keçirilməsini də bilmədim. Kim sizə mane oldu mübarizə aparmağa? 2010-cu il parlament seçkilərində siyasətdə aktiv fəaliyyətim olmayıb, siz harada idiniz, hansı uğurlarınızla öyünə bilərsiniz.
İndi sizdən xahiş olunur ki, 1998, 2000, 2003, 2005, 2008, 2010- cu illərdə oynadığınız oyunları 2013-cü ildə qırağa qoyun, bəlkə bu xalq öz başına bir çarə qıla bildi".
Arif Hacılıya istehza ilə yanaşan R.Quliyev "bu oyunlar üçün əsas çanfəşanlıq edən kənd müxbiridir. Çünki həbsxanadan çıxandan sonra üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməlidir. İndiyə qədər öhdəliklərdən bəzilərini məsələn YAP-la birlikdə AŞ- na Azərbaycanda demokratiyanın inkişafını təsdiqləyən sənədə qol çəkilməsi yerinə yetirib, bəzilərini isə yerinə yetirə bilməyib. Məsələn, İsa Qəmbərin sədrilikdən getməsini təşkil edib, onun yerinə keçmək tapşırığı yerinə yetrilmədi. Çünki ona deyəndə ki, məsələn, Musavatdan Qubad İbadoğlu da sədrlik uğrunda namizədliyini irəli sürə bilər, təşvişə düşdü, indiki postundan da məhrum ola bilməkdən qorxdu" deyə qeyd edib.
R.Quliyevin fikrincə, İsa Qəmbərin namizədliyini R.İbrahimbəyovun xeyrinə birmənalı geri götürməsinin alovlu əleyhdarı Arif Hacılıdır:"Bu onun növbəti öhdəliyidir, yerinə yetirə bilməsə, ağaları onun üzərindən xətt çəkəcəklər.
Mənim qətiyyətli mövqeyim onu birdəfəlik iflasının astanasına sürüyür, ona görə belə həşir salır".
Fuad
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20