Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçirilib.
"Unikal" xəbər verir ki, “Neftçi” doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. “Neftçi Arena”dakı oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 45+4-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub.
Bu nəticədən sonra xallarını 21-ə çatdıran "Neftçi" 7-ci pillədə qərarlaşıb. 17 xalı olan “Şamaxı” isə 9-cu sıraya geriləyib.
Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” Tovuzda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib. XXI tura fevralın 2-də yekun vurulacaq.