ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter ABŞ lideri Donald Trampın kartellərə qarşı mübarizəyə görə Meksika ilə müharibəyə başlaya biləcəyini proqnozlaşdırıb.

"Unikal" xəbər verir ki, o, bu  barədə "X" hesabında yazıb. 

"Mən düşünürəm ki, Meksika ilə müharibə olacaq? Bəli, təəssüf ki", - Ritter qeyd edib. 

Keçmiş kəşfiyyatçının fikrincə, ABŞ çətin ki, kartellərdən mənfi nəticələrə səbəb ola biləcək cavab tədbirlərinə hazır olsun. O, etiraf edib ki, Amerika xüsusi təyinatlı dəstəsi ciddi hədəfi aradan qaldıraraq Meksika ərazisinə daxil ola bilər.