Bərdə rayonunda camış kişiyə ağır xəsarətlər yetirib.
"Unikal" xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, mal bazarından qaçan camış Bərdənin Zumurxan kəndində küçədən keçən kişiyə hücum edib.
Nəticədə Mirzəyev Habil Museyif oğlu çox saylı bədən xəsarətləri alıb. O, Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Seymur Əli