ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtondakı baş qərargahı prezident administrasiyasının qərarı ilə bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
"Agentliyin Vaşinqtondakı Ronald Reyqan binasındakı qərargahından USAİD-in işarəsi götürülüb", - telekanal qeyd edib.
Bildirilir ki, agentliyin həssas məlumatları ehtiva edən bütün kompüter sistemləri İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) tərəfindən ələ keçirilib.
Agentliyin saytı və "X" sosial şəbəkəsindəki səhifəsi bir gün əvvəl fəaliyyətini dayandırıb.
Gülayə Mecid