Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Qorağan-Qax avtomobil yolunun Alatəmir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "HUNDAİ" və “QAZEL” toqquşub. Daha sonra yük avtomobili yol kənarındakı qoz ağacına çırpılıb və yararsız vəziyyətə düşüb.

Qəza zamanı “QAZel”in sürücüsü 1981-ci il təvəllüdlü Qəbələ rayon sakini Kamran Əzizov xəsarət alaraq Qax rayon Mərkəzi Xəstəxanaslna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli