"Bizdən əvvəlki hökumətin fərqli ideologiyası olub, indi ideoloji transformasiya gedir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda erməni icması ilə görüşdə deyib.
O, qeyd edib ki, bu dəyişiklik ilk növbədə hakimiyyətdə baş verir: "Ermənistana mövcud olmaq şansı verən yeganə şey bu ideologiyadır. 44 günlük müharibədə məğlubiyyətə uğradıq. Fikrimcə, biz o məğlubiyyəti keçməklə müstəqil, suveren dövlətə sahib olmaq imkanı əldə etdik. Mən uzun müddət düşündüm və bu qənaətə gəldim ki, qurbanlar boşuna deyil, Ermənistanın suverenliyi uğrunda idi və indi biz sadəcə olaraq bu fədakarlığın bəhrələrinə diqqət yetirməliyik".
Ağarza Elçinoğlu