Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, 1965-ci il təvəllüdlü Məmmədəliyev Vüqar İsaq oğlu idarə etdiyi "Saipa” markalı avtomaşınla Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında hərəkətdə olan zaman piyada 1971-ci il təvəllüdlü Novruzova Məryəm Fərmayıl qızını vurub.

Nəticədə qadın aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.