Mingəçevirdə 20 yaşlı gənc dəm qazından zəhərlınib.

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazində, Bozdağ küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü şəhər sakini Səxavət Nəzirli yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov