Bakıda 3 otaqlı ev yanıb.

Bu barədə "Unikal"a FHN-in mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.