Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
11:11
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda, ilkin məlumata görə sex ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində sexin ərazisində tullantıların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
11:09
Bakıda obyektdə yanğın başlayıb.
"Unikal"ın məlumatına görə, yanğın metronun "Dərnəgül" stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qeydə alınıb.
Əlavə məlumat veriləcək.
Seymur Əli