ABŞ-nin keçmiş prezidenti Co Bayden ölkə sakinləri arasında ən bəyənilməyən yaşayan Amerika lideri olub.
"Unikal" xəbər verir ki, bunu "Gallup" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğunun nəticələrinə görə, amerikalıların təxminən 57%-i Co Baydenə mənfi münasibət bildirib. Respondentlərin daha 39%-i Ağ Evin keçmiş rəhbəri haqqında müsbət danışıb, 4%-i cavab verməkdə çətinlik çəkib.