Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.

"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, ölkə parlamenti fevralın 12-də keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.

Layihəni 63 deputat dəstəkləyib, cəmi 7 deputat əleyhinə çıxıb.

Bildirək ki, 2024-cü il yanvarın 9-da layihə Ermənistan Respublikası hökuməti tərəfindən təsdiq edilib.

Gülayə Mecid