Ucarda fərdi təsərrüfatda yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə Müsüslü-Qaracallı istiqamətindəki yaşayış məntəqəsində baş verib. Belə ki, həyətin hasar hissəsində baş verən yanğın daha sonra tövləni bürüyüb. Hadisə yerinə gələn FHN əməkdaşları yanğını söndürüb. Tövlə boş olduğundan zərərçən olmaylb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov