"E/A-18G Growler" hərbi təyyarəsi Kaliforniyanın San-Dieqo körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin Hava Stansiyasının yaxınlığında qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat dərc edib. 

"Hərbi təyyarə San-Dieqo körfəzində Şimal Adası Dəniz Hava Stansiyası yaxınlığında qəzaya uğrayıb", - məlumatda deyilir.

Hadisə nəticəsində iki pilot yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Qəza yerinə 60 yanğınsöndürən və bir helikopter göndərilib.