Münxendə avtomobili insanların üzərinə sürən şəxsin Almaniyada sığınacaq axtaran 24 yaşlı əfqan miqrant olduğu müəyyən edilib.

"Unikal" xəbər verir ki, həmin şəxsin avtomobili aksiya iştirakçılarının üzərinə sürməsi nəticəsində 28 nəfər xəsarət alıb. Onların bir neçəsinin vəziyyəti ağırdır. Həmin şəxsin əvvəllər narkotik maddə və mağaza oğurluğu ilə əlaqədar polis tərəfindən nəzarətdə saxlanıldığı bildirilir.

Rəsmilər bu hücumun sabah işə başlayacaq Münxen Təhlükəsizlik Konfransı ilə əlaqədar olmadığını açıqlayıblar.

Bavariya əyalətinin Baş naziri Markus Söder (CSU) hadisəni terror aktı kimi qiymətləndirib. O, hadisəyə təmkinli, ancaq qətiyyətli reaksiya veriləcəyini açıqlayıb.

Almaniyanın Kansleri Olaf Şolts (SPD) hadisəni törədən şəxsə qarşı heç bir güzəştin tətbiq edilməyəcəyini, onun cəzasını çəkməli və ölkəni tərk etməli olduğunu bildirib. Kansler seçki kampaniyası çərçivəsində etdiyi çıxışda deyib ki, Almaniyada cinayət törədənlər təkcə həbs olunmaqla qalmayacaq, həm də ölkədən çıxarılacaqlar.

Polisin məlumatına görə, şübhəli şəxs xidmət sahəsində çalışan işçilərin birləşmiş həmkarlar ittifaqı təşkilatının (Verdi) üzvlərinin qatıldıqları yürüşün iştirakçılarını izləyərək, avtomobillə onların arxasınca hərəkət edib. O, daha sonra sürəti artırıb və avtomobili yürüş iştirakçılarının üzərinə sürüb.

Münxendə və digər şəhərlərdə planlaşdırılan aksiya və tədbirlər bu hadisə ilə əlaqədar təxirə salınıb.

*** 17:11

Münhendə avtomobil qəzası nəticəsində xəsarət alanların sayı  27 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Bavariyanın daxili işlər naziri Yoahim Herman  məlumat yayıb. 

Avtomobilin sürücüsü hadisə yerində saxlanılıb. Onun Əfqanıstan vətəndaşı olduğu üzə çıxıb. Hadisə cümə günü başlayan Münhen Təhlükəsizlik Konfransının keçirildiyi binaya yaxın ərazidə baş verib. 

***15:22

Münhendə avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində yaralananların sayı 20 nəfərə çatıb.

"Unikal" əbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

****14:12

Almaniyanın Münhen şəhərində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat dərc edib. 

Hadisənin motivləri açıqlanmayıb.