İranın Ermənistandakı səfiri Mehdi Sobhani Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.

"Unikal" xəbər verir ki, Bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Arman Musinyan məlumat verib.
Görüş Ter-Petrosyanın malikanəsində baş tutub.

Təxminən saat yarım davam edən söhbət zamanı həmsöhbətlər ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və onların dərinləşdirilməsi perspektivlərinə toxunublar.