Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada xarici liderləri, o cümlədən amerikalı həmkarı Donald Trampı məmnuniyyətlə qarşılayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu, Rusiya üçün xüsusilə indiki şəraitdə mühüm gündür.
“Bu, faşizm üzərində qələbənin simvolu olan bir gündür. Və bu mövzu, təəssüf ki, indi həmişəkindən daha aktualdır. Və buna görə də, bu qələbənin sevincini və bu günün əhəmiyyətini bizimlə bölüşməyə qərar verən ölkələr, xüsusən də böyük dövlətlər varsa, əlbəttə ki, biz və xüsusən də prezident Putin onları Moskvada salamlamağa şad olarıq”, - Dmitri Peskov Pavel Zarubinə müsahibəsində bildirib.
Qeyd edək ki, Slovakiyanın baş naziri Robert Fiko və Serbiya prezidenti Aleksandr Vuçiç, Fələstin prezidenti Mahmud Abbas, Braziliya prezidenti Luiz İnasiu Lula da Silva və Çinin sədri Si Cinpinq Moskvada keçiriləcək Qələbə Paradında iştirak etmək planlarından danışıblar.