Soçi hava limanında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artyom Korenyako "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hava limanı hələ reysləri qəbul etmir və göndərmir.
O bildirib ki, hava gəmilərinin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.