Almaniya kansleri Olaf Şolts hesab edir ki, Rusiya prezidenti Vladimir Putinlə Ağ Ev rəhbəri Donald Tramp arasında telefon danışığının aparılması doğru addımdır.

"Unikal" xəbər verir ki, o bu barədə Berlində jurnalistlərə bildirib.

"Prezident Tramp və Rusiya prezidentinin dünən birbaşa danışıqları doğru addımdır", - deyə kansler qeyd edib.

Şolts özünün də keçmişdə bir neçə dəfə Rusiya prezidenti ilə danışdığını xatırladıb. Almaniya kansleri həmçinin qeyd edib ki, o, Trampın Ukraynadakı münaqişəyə ən qısa zamanda son qoyulması ilə bağlı fikirləri ilə razıdır.