Nizami İsgəndərova həbs təhlükəsi
21:38 30-07-2013
İQTİSADİYYAT
Nizami İsgəndərova həbs təhlükəsi
Rəqibləri keçmiş deputatı "vurmaq" üçün hərəkətə keçib
Keçmiş millət vəkili, iş adamı Nizami İsgəndərova məxsus olan "Nabran Holiday Village" istirahət mərkəzində baş verən dəhşətli hadisə ilə bağlı yeni gəlişmələr var. Belə ki, dünən Baş Prokurorluq Xaçmaz rayonunun Nabran qəsəbəsində baş vermiş dəhşətli hadisə ilə bağlı əlavə məlumat yayıb.
Məlumatda qeyd edilir: "Xəbər verildiyi kimi iyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində ağır bədən xəsarətləri almış İmran Cəfərzadənin müayinə və müalicəsinin, eyni zamanda baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqının Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzarətə götürülmüş həmin iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə zəruri ekspertizalar, o cümlədən, məhkəmə-texniki, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib. Ədliyyə Nazirliyinin Məhkəmə-ekspertiza mərkəzinin 25 iyul 2013-cü il tarixli ilkin rəyi ilə müəyyən edilmişdir ki, istirahət mərkəzinin vəzifəli və digər şəxslərinin xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində "Su attraksionları. Konstruksiyalarının təhlükəsizliyi" standartının 6.4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuş və nəticədə azyaşlı İ.Cəfərzadə ağır bədən xəsarətləri alıb. Cinayəti törətməkdə şübhəli bilinən "CTF" firmasının və "Nabran Holiday Village" istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla "CTF" firması və "Nabran Holiday Village" istirahət mərkəzinin fəaliyyətindəki qanun pozuntularının və həmin qanun pozuntularına yol vermiş digər təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək". Hadisənin istintaqının ölkə başçısının xüsusi nəzarətinə götürülməsi səbəbindən qarşıdakı günlərdə yeni gəlişmələrin yaşanması istisna edilmir, elə prokurorluğun məlumatında da biz bunun "anons"unu görürük. "Digər təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi"nə dair xəbərdarlıq göstərir ki, biz bu istiqamətdə yeni sürpriz həbslərin şahidi ola bilərik. Artıq sözügedən istirahət mərkəzinin əsl sahibi Nizami İsgəndərovun da adı cinayət məsuliyyətinə cəlb ediləcək şəxslər sırasında çəkilir. Bildirilir ki, bunun üçün bir çox əsaslar hazırlanmaqdadır. Həmin əsaslardan biri sabiq deputatın sözügedən istirahət mərkəzini iri məbləğə (bəzi qaynaqlara görə, 100-150 min dollara) icarəyə versə də, icarə məbləğinin müqavilədə az göstərilməsi ilə bağlıdır. İddia edilir ki, cinayət işinin istintaqı zamanı bununla bağlı müxtəlif detalların ortaya çıxması İsgəndərovu pis vəziyyətdə qoya bilər. Eyni zamanda sabiq deputatın müxtəlif rəqiblərinin də yaranmış situasiyadan istifadə edərək Nizami İsgəndərovla bağlı müəyyən kompromatları (vergidən yayınma, korrupsiya və s.) Vergilər Nazirliyinə və Baş Prokurorluğa təqdim etmələri real hesab olunur. Nəticədə keçmiş millət vəkilinin özü də çətin situasiyi ilə üzləşə və "qurban" gedə bilər. Digər tərəfdən, kifayət qədər geniş biznes imkanlarına və maliyyə resurslarına malik İsgəndərovlar nəsli arasında da keçmiş millət vəkili ilə xoş münasibətləri olmayan şəxslərin hərəkətə keçdikləri və onların sahib olduqları ciddi kompromatları əlaqədar qurumlara ötürəcəkləri istisna edilmir. Bu isə sonucda vəziyyəti Nizami İsgəndərovun əleyhinə daha da mürəkkəbləşdirəcək. İstisna edilmir ki, proseslərin gedişi zamanı artıq adıçəkilən iş adamına məxsus "Cavid" ticarət mərkəzi ilə bağlı müxtəlif vaxtlarda edilən şikayətlərin də araşdırılması gerçəkləşsin. Bildirilir ki, bu ticarət mərkəzində çalışan sahibkarların əksəriyyəti Nizami İsgəndərovdan, onun cürbəcür qadağa və tələblərindən tez-tez narazılıq edirlər, həmin narazılıqlar həm mətbuata yol tapıb, həm də aidiyyatı qurumlara qədər gedib çıxıb. İsgəndərovun "Nabran Holiday Village" işinə cəlb edilməsindən sonra bütövlükdə onun biznesinin araşdırma predmetinə çevrilməsi və prosesin sabiq millət vəkili barəsində də sərt qərarların (bura həbs də daxildir) çıxarılması ilə yekunlaşması ən böyük ehtimallardan biridir.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20