Azərbaycana dair "Putin-Nazarbayev planı"
21:41 30-07-2013
İQTİSADİYYAT
Azərbaycana dair
"Putin-Nazarbayev planı"
Rusiya və Qazaxıstan prezidentləri Bakıda İlham Əliyevi Gömrük İttifaqına qoşulmağa inandırmaq üçün birgə səylər göstərəcəklər
Rusiya prezidenti Vladimir Putinin Bakıya gözlənilən səfəri və iki ölkə rəhbərləri arasında müzakirə olunacaq məsələlərə dair bəzi yeni detallar üzə çıxıb.
Rusiya prezidentinin Bakıda aparacağı danışıqlarda iki ölkə arasında enerji əməkdaşlığına dair yeni layihələrlə yanaşı Azərbaycanın MDB Gömrük İttifaqına qoşulmasına dair məsələ ən kritik müzakirə mövzusu olacaq.
Üstəlik Putin prezident İlham Əliyevlə bu məsələni Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı ilə müzakirə etməyə hazırlaşır. "Putin-Nazarbayev-Əliyev formatında görüş də məhz bu məqsədlə nəzərdə tutulub" - deyə Rusiya prezidentinin səfərinə hazırlıq məsələləri ilə tanış olan mənbə bildirib.
Xatırladaq ki, Nazarbayev də Bakıya Putinlə eyni gündə, ancaq Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün gəlir. MDB Gömrük İttifaqı V.Putinin irəli sürdüyü Avrasiya İttifaqı ideyasının özəyini təşkil edir.
Azərbaycan bu ittifaqa qoşulmaqla bağlı tərəddüd edib, ayrı-ayrı vaxtlarda rəsmilər Gömrük İttifaqının Azərbaycana gərək olmadığına dair açıqlamalarla da çıxış ediblər. Lakin Qazaxıstan prezidenti Nursultan Nazarbayev Gömrük İttifaqının yaradıcılarından biri və MDB ölkələri arasında iqtisadi inteqrasiya təşəbbüslərinin qatı tərəfdarıdır. MDB Gömrük İttifaqı barədə müqavilə 2011-ci ilin oktyabrında Sankt-Peterburqda təşkilata daxil olan 8 ölkənin hökumət başçıları tərəfindən imzalanıb. İttifaqın yaradılması haqda sənədi isə Rusiya, Belarus və Qazaxıstan ratifikasiya ediblər. Azərbaycan, Qırğızıstan və Ermənistan isə o vaxt sənədə imza atmadı.
O zaman Azərbaycan tərəfi bildirirdi ki, ittifaqa qoşulmaq qərarı vermək üçün ona bir qədər vaxt lazımdır. Rəsmi Bakı mövqeyini MDB-nin həmin ilin dekabrında keçiriləcək sammitinə qədər dəqiqləşdirəcəyini bildirsə də tərəddüdlər davam etdi. Ötən ilin dekabrında Gömrük İttifaqı məsələsi MDB-nin Astana sammitində yenidən müzakirəyə çıxarıldı. Lakin Azərbaycan prezidenti bu sammitə qatılmadı. Baxmayaraq ki, sammit ərəfəsində Rusiya prezidenti ona zəng etmişdi. Sonralar prezident İlham Əliyev çıxışlarının birində Gömrük İttifaqının Azərbaycana nə verəcəyinin məlum olmadığını demiş və bu ittifaqa müsbət yanaşmadığını ortaya qoymuşdu. Nəhayət, bu ilin mayında MDB hökumət başçılarının Minskdə keçirilən toplantısında Özbəkistan da Gömrük İttifaqına dair müqaviləni imzaladı.
Ukrayna isə Gömrük İttifaqına müşahidəçi statusunda üzv oldu. Ermənistan da tərəddüdlərini davam etdirərək Avropa İttifaqı ilə Yaxın Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığa üstünlük verdi. Minsk toplantısından sonra rəsmi Bakıdan Gömrük İttifaqı ilə bağlı bir qədər yumşaq rəylər verilməyə başladı və bildirildi ki, Azərbaycan bu ittifaqla bağlı məsələni nəzərdən keçirə bilər.
İndi Rusiya prezidentinin Bakıya səfəri Azərbaycanı Gömrük İttifaqına qoşmaq səylərində kritik mərhələ hesab edilə bilər. Azərbaycan prezidenti çıxışlarında bir neçə dəfə eyham edib ki, ölkəni hansısa birliklərə qoşmaq üçün cəhdlər göstərənlər var, lakin Bakı heç kimdən asılı olmayan və milli maraqlara söykənən müstəqil siyasətindən geri addım atmayacaq. Ancaq Azərbaycanın Gömrük İttifaqına dair mövqeyi də Rusiya üçün ciddi əhəmiyyət kəsb edir və Putin Nazarbayevlə birlikdə Bakını bu ittifaqa qoşulmağa inandırmağa çalışacaq.
Virtualaz
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20