Ağstafada 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhərinin 20 Yanvar küçəsində baş verib.

Belə ki, idarəetmədən çıxan avtomobil yol kənarındakı hasara çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Xəsarət alanlar 2002-ci il təvəllüdlü E.Bayramov və 2004-cü il təvəllüdlü S.Rzayevadır. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov