Amerika nümayəndə heyəti ilə Rusiya Federasiyasının nümayəndələri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynada müharibəyə son qoyulması ilə bağlı mümkün razılaşmanın müzakirəsi 4,5 saat davam edib.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, ABŞ və Rusiya nümayəndələri indi “nahar” fasiləsinə başlayıblar. Bundan əvvəl nümayəndə heyətləri 15 dəqiqəlik fasilə verib.
Müzakirələrin təfərrüatları açıqlanmayıb.
***14:41
Fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqlar aparılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, görüş Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub
***11:51
Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya tərəfdən danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edir. ABŞ-ni isə Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edir.
Gülayə Mecid