Cənubi Koreyanın devrilmiş prezidenti Yoon Suk Yeol dövlət çevrilişi ittihamı ilə paytaxt Seulda ilk dəfə hakim qarşısına çıxıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, prezidentliyi dövründə həbs edilən ilk Cənubi Koreya prezidenti Yoon dekabrda elan etdiyi qısa hərbi vəziyyətə görə ötən ay prokurorlar tərəfindən dövlət çevrilişinə cəhddə ittiham olunub.
Ədliyyə Nazirliyinin karvanı Yoonu saxlandığı Seul Təcridxanasından məhkəməyə aparıb. Məhkəmə binası qarşısında sıx təhlükəsizlik tədbirləri görülüb.
Prokurorlar işin ciddiliyini nəzərə alaraq məhkəmənin tez bir zamanda araşdırılmasını istəyiblər. Bununla belə, Yoonun vəkilləri iş qeydlərini nəzərdən keçirmək üçün daha çox vaxta ehtiyac duyduqlarını bildiriblər.
Yoonun hərbi vəziyyət tətbiq etmək qərarı siyasi və parlament fəaliyyətini qadağan etmək və "ölkəni Şimali Koreyanın təsirindən təmizləmək" üçün mediaya nəzarət etmək məqsədi daşıyırdı. Məhkəmə bildirib ki, təqsirli bilinərsə, Yun onilliklərə qədər həbs cəzası ala bilər.
Gülayə Mecid